Siyasət

USAID-in Qafqaz ofisinin fəaliyyəti qadağan edilib

Sharing is caring!


ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Qafqazdakı fəaliyyəti Gürcüstan ərazisi olan, qondarma Abxaziya Respublikasında qadağan edilib. Missiyanın rəhbəri Con A.Pennel bölgədən çıxarılıb.

“Report” xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Bundan əlavə, USAID-in maliyyə dəstəyi ilə layihələrin həyata keçirilməsi qadağan edilib.

Qeyd edilib ki, qondarma qurum qeyri-müəyyən olan, qeyri-dəqiq məlumatların olduğu layihələrin həyata keçirilməsinə razılıq verməyəcək.

“Məqsədi Abxaziyanın daxili və xarici siyasətlə bağlı məsələləri işıqlandırmaq olan media layihələrinin maliyyələşdirilməsi də qadağan edilib”, – qondarma qurumun “Xarici İşlər Nazirliyi”nin bəyanatında deyilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir