Cəmiyyət

İki yaşlı Asimin əlləri yanıb: Müalicə üçün 500 manat lazımdır – FOTO

Sharing is caring!


İki yaşlı Asimin sizin dəstəyinizə ehtiyacı var.

Bu barədə Oxu.Az-a onun anası Aybəniz Əliyeva məlumat verib.

O bildirib ki, övladı oktyabrın 20-si yaşadıqları evdə yanıb.

“Asimin iki yaşı var. Anadangəlmə autizm sindromludur. Oktyabrın 20-si yaşadığımız evdə əlini su dolu isti qazana salıb. Əlləri tamamilə yanıb. Hadisə günü bizi Bakıya yerləşən xəstəxanalardan birinə göndərdilər. İmkan olmadığı üçün artıq bir neçə gündür xəstəxanadan çıxmışıq. Hazırda Asimin dərmanlarını almaq üçün 500 manata ehtiyacımız var. Övladımın ağrıları çox şiddətlidir. Nə susur, nə də ağrıdan rahatlıq tapır. Yardımsevər şəxslərdən bizə dəstək olmaqlarını xahiş edirəm”.

Ailə ilə əlaqə: (070) 500-21-32

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir