Cəmiyyət

NZS qəsəbəsində fərdi yaşayış evində yanğın olub – FOTO/VİDEO

Sharing is caring!


Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə FHN-dən məlumat verilib.

Dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunublar.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən vətəndaşa məxsus fərdi yaşayış evində baş vermiş yanğının genişlənərək bitişik evlərə keçmə riskinin yüksək olduğu müəyyən edilib.

Əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlərin həyata keçirdikləri operativ tədbirlər sayəsində yanğının genişlənməsinə, habelə bitişik evlərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində vətəndaşa məxsus ümumi sahəsi 88 kvadratmetr olan birmərtəbəli üçotaqlı evin bir otağı və mətbəxinin yanar konstruksiyaları 30 kvadratmetr sahədə, dam örtüyü 20 kvadratmetr sahədə və ona bitişik ümumi sahəsi 100 kvadratmetr olan birmərtəbəli üçotaqlı evin dam örtüyünün taxta atmaları iki kvadratmetr sahədə yanıb.

Evlərin böyük hissəsi və bitişik evlər yanğından mühafizə edilib.

Yanğın zamanı bir nəfər vətəndaş xəsarət alıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir