Siyasət

Şamil Ayrım: “Ermənilər tarix boyu qonşularına qarşı torpaq iddiaları irəli sürüblər”

Sharing is caring!


“Ermənilər heç vaxt öz torpaqlarında dövlət qurmayıblar, tarix boyu qonşularına qarşı torpaq iddiaları irəli sürüblər”.

“Report” xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) üzvü Şamil Ayrım dekabrın 5-də Bakıda keçirilən “Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə geriqayıdışını təmin etmək: Qlobal kontekst və ədalətli həll” mövzusunda beynəlxalq tədbirdə deyib.

O bildirib ki, İrəvandakı məscidlər tarixən türklərə məxsusdur:

“Sonradan ermənilər deportasiya və soyqırımı siyasətini həyata keçirməklə bölgənin etnosunu tamamilə dəyişiblər. Beləliklə də Ermənistan monoetnik dövlət kimi tarixə adını yazdırıb. Afrikadan qovulan Fransa hələ də Ermənistanı silahlandırır. Azərbaycan öz torpaqlarını işğaldan azad edib və Türkiyə də Azərbaycanın haqlı davasında yanında olub. Bütün dünya bunu görməlidir”.

Ş.Ayrım əlavə edib ki, əslən iğdırlıdır və İğdırda da Ermənistandan sürgün edilmiş minlərlə azərbaycanlı var:

“Qərbi azərbaycanlıların haqlı davasında onların yanında olmalıyıq. 100 illərlə həmin bölgədə yaşamış azərbaycanlıların öz ata-baba yurdlarında yaşamaq, atalarının qəbirlərini ziyarət etmək ən böyük haqqıdır. Düşünürəm ki, Qərbi azərbaycanlıların haqq səsinə beynəlxalq arenadan da dəstək gəlməlidir”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir