Siyasət

Naxçıvanda “Yaşıllaşdırma və Landşaft Quruluşu” MMC təsis edildi

Sharing is caring!


Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində “Yaşıllaşdırma və Landşaft Quruluşu” Məhdud Məsuliyyətli Cəmiyyəti təsis edilib.

Oxu.Az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində “Yaşıllaşdırma və Landşaft Quruluşu” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsis edilməsi haqqında Nazirlər Kabineti tərəfindən 2023-cü il 27 noyabr tarixində Qərar qəbul edilib.

Qərara əsasən “Yaşıllaşdırma və Landşaft Quruluşu” Məhdud Məsuliyyətli Cəmiyyəti muxtar respublika ərazisində yaşıllaşdırma sahəsində xidmətlər göstərəcək, yaşıllıqların salınması, becərilməsi, bərpası və artırılması, infrastrukturun inkişafı məqsədilə müvafiq tədbirlər həyata keçirəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir