Siyasət

İcma: “AŞPA-nın monitorinq proseduru bəzi dairələrin siyasi maraqlarına xidmət edən alətə çevrilib”

Sharing is caring!


Qərbi Azərbaycan İcması Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə həmməruzəçisi Liz Kristoffersenin ölkəmizə səfəri çərçivəsində Ermənistandan olan azərbaycanlı qaçqınlarla görüşüb onların dərdlərini dinləməkdən imtina etməsi ilə bağlı bəyanat yayıb.

Bəyanatda deyilir:

“AŞPA-nın Azərbaycan üzrə həmməruzəçisi Liz Kristoffersen Azərbaycana səfəri çərçivəsində Ermənistandan olan azərbaycanlı qaçqınlarla görüşüb, onların dərdlərini dinləməkdən imtina edib. Xatırladaq ki, göndərdiyimiz müraciətlərə baxmayaraq, AŞPA-nın Ermənistan üzrə həmməruzəçiləri də bizim problemlərlə məşğul olmaqdan boyun qaçırırlar.

Ermənistandan azərbaycanlıların qovulması və Ermənistan hökumətinin onların geri qayıtmasına əngəl törətməsi Avropa Şurasının insan hüquqları konvensiyaları ilə tanınmış hüquqların kobud şəkildə pozuntusudur. Əsas vəzifəsi Avropa Şurasının insan hüquqları sahəsində konvensiyalarının yerinə yetirilməsi vəziyyətinin yoxlanılması olan AŞPA-nın Monitorinq Komitəsinin bu məsələyə məhəl qoymaması öz mandatına hörmətsizlikdir və bu qurum tərəfindən etnik və dini əsasda ayrı-seçkilikdir. AŞPA-nın monitorinq proseduru insan haqlarını irəlilədən mexanizm olmaqdan çıxaraq, bəzi dairələrin siyasi maraqlarına xidmət edən alətə çevrilib.

Qərbi Azərbaycan İcması ayrı-seçkili davranışını pisləyir, onlardan öz vəzifələrinin icrasına məsuliyyətlə yanaşmağı və Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüququ ilə məşğul olmağı tələb edir”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir