Siyasət

Baş katib: “TÜRKPA-nın əməkdaşlıq alətlərindən biri model qanunların hazırlanmasıdır”

Sharing is caring!


“TÜRKPA-nın istifadə etdiyi güclü əməkdaşlıq alətlərindən biri model qanunların hazırlanmasıdır”.

“Report” xəbər verir ki, bunu TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Er “TÜRKPA-nın 15-ci ildönümü: Keçmişin təcrübəsi, bu günün reallıqları və gələcək perspektivləri”nə həsr olunmuş konfransda çıxışı zamanı deyib.

Baş katib bildirib ki, qanunvericiliklərin uyğunlaşdırılması, vahid hüquqi məkanın formalaşdırılması uğurlu inteqrasiya prosesinin əsas ünsürlərindən biridir:

“Model qanunvericilik fəaliyyətimiz məhz bu məqsədlərə istiqamətlənib. TÜRKPA çərçivəsində yaşı nisbətən gənc olan bu fəaliyyət daimi komissiyalarımız tərəfindən aktual mövzularda uğurla davam etdirilir. TÜRKPA nüfuzlu regional və beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əlaqələr qurub və bu əlaqələrin davamlı inkişafında maraqlıdır. Geridə qoyduğumuz illərdə tərəfdaş qurumlarla qarşılıqlı fəaliyyət artıb və beynəlxalq əməkdaşlığımızın sərhədləri getdikcə genişlənməkdədir”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir