Dünya

Avstraliya polisi 150 kiloqramdan çox kokain müsadirə edib

Sharing is caring!


Avstraliya Federal Polisi Melburn dəniz limanında dəyəri 40 milyon dollardan çox olan kokain ələ keçirib.

Məlumata görə, narkotiklər Cənubi Amerikadan gələn yük gəmisinin korpusunun alt tərəfində gizlədilib.

“Melburnda yük gəmisinin korpusunda gizlədilən 150 kq-dan çox kokain müsadirə edilib. Həmçinin yükü göndərəni və təyinat yerini müəyyənləşdirməyə kömək edəcək izləmə cihazı aşkarlanaraq müsadirə olunub”, – deyə polis idarəsindən bildirilib.

Polis narkotik axtarışı üçün Avstraliya sərhədçilərinin sualtı pilotsuz uçan aparatından istifadə etməli olub.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir