Siyasət

Seneqallı nümayəndə: “Qurban olduğumuzu bilməli, dekolonizasiyaya qarşı birgə mübarizə aparmalıyıq”

Sharing is caring!


“Biz tariximizi və qurban olduğumuzu bilməli, dekolonizasiyaya qarşı birgə mübarizə aparmalıyıq”.

“Report” xəbər verir ki, bunu Seneqalın “YDNA VITA LTD” təşkilatının rəhbəri İbrahim Diaqne Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən “Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişaf” mövzusunda konfransda deyib.

Onun sözlərinə görə, dominantlığa son qoyulmalı və irqi ayrı-seçkilik başa çatmalıdır:

“Biz müstəqilliyimizi bərqərar etmək üçün fəal şəkildə çalışmalıyıq. Çünki insanlar əzab çəkir, dünya xalqları şiddətdən əziyyət çəkir, onların mənsubiyyəti, mədəniyyəti gözardı edilir. Onlar həvəsdən salınır, inkişaflarının qarşısı alınır. Bu gün belə işğalın mövcud olduğunu görürük. Görün, Afrikada müstəmləkəçiliyin nəticəsi nədən ibarətdir? Quldarlıq sənaye halına gətirilib, insanlarla insan kimi rəftar edilmir, biri digərindən üstün hesab edilir. Ona görə də əsas vəzifəmiz tariximizi və qurban olduğumuzu bilmək, dekolonizasiyaya qarşı birgə mübarizə aparmaqdır.

Müstəmləkəçi sistemin əsas resurslara mənfi təsiri olub. Demək olar, kolonizasiya insanları tam təcrid etməklə məşğuldur. Ölkələr tabeçilik şəraitində sahib olduqları hər şeyi itiriblər. Biz hazırda bunlara qarşı birgə mübarizə aparmalıyıq”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir