Siyasət

Baş katib: “Səudiyyə Ərəbistanında quruculuq sahəsində qadınların iştirakı artıb”

Sharing is caring!


“Səudiyyə Ərəbistanında quruculuq sahəsində qadınların iştirakı 2022-ci ildə 22 faizdən 27 faizə qədər artıb”.

“Report“ xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının Ailə Məsələləri Şurasının Baş katibi Maymuna Xəlil Al Xəlil Bakıda Qoşulmama Hərəkatının “Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması” mövzusunda keçirilən beynəlxalq konfransında çıxışı zamanı deyib.

“Səudiyyə xanımı öz gələcəyini dəyişməyə layiqdir. Onlar bunun üçün sosial-iqtisadi sahələrdə böyük uğurlar qazanırlar. Ötən il quruculuq sahəsində qadınların iştirakı 22 faizdən 27 faizə qədər artıb. Səudiyyə Ərəbistanında xanımlar bir çox beynəlxalq mükafatlar əldə ediblər. Təhsil sahəsində də xanımlar uğur qazanıblar. Səudiyyə Ərəbistanında qadınların 91 faizinin təhsilə cəlb edildiyini görürük”, – deyə o əlavə edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir