İqtisadiyyat

Daxildə emal gömrük proseduru altında yerləşdirilən malların həcmi AÇIQLANDI

Sharing is caring!


“Bu il Azərbaycanda daxildə emal xüsusi gömrük prosedurundan istifadə imkanları genişləndirilib”.

Oxu.Az xəbər verir ki, bunu iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Bakıda keçirilən Gömrük Biznes Forumunda çıxışı zamanı deyib.

O qeyd edib ki, nəticədə ölkəmizdə emal olunaraq ixrac edilən məhsulların istehsalında istifadə olunan xammalın ölkəmizə gətirilməsi gömrük rüsumları və vergilərdən, o cümlədən ƏDV-dən azad olunub:

“Bu ilin 9 ayında ötən ilin eyni dövrü ilə müqayisədə 1,5 dəfə çox – 500 milyon ABŞ dollarından çox dəyərdə məhsul daxildə emal gömrük proseduru altında yerləşdirilib. Beləliklə, bu göstərici sözügedən mexanizmin emal və xidmət sektorunun inkişafı, xüsusilə də ixrac fəaliyyətinin genişləndirilməsi üçün mühüm əhəmiyyətə malik olduğunu bir daha təsdiqləyir”.

Aysel Aslan

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir