Siyasət

Azadlığın üçüncü ili: Bu gün Ağdam Şəhəri Günüdür

Sharing is caring!


Bu gün Ağdam Şəhəri Günüdür.

Oxu.Az-ın xəbərinə görə, ilk dəfədir ki, Ağdam Şəhəri Günü qeyd olunur.

Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il noyabrın 20-i Ağdam Şəhəri Günü olacaq.

Bu əlamətdar günün təsis olunması Ağdam şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır. Bu gün – noyabrın 20-si şəhərin erməni işğalçılarından təmizlənməsindən üç il ötür.

Sərəncama əsasən, hər il aşağıdakı günlər işğaldan azad edilmiş ərazilərdəki şəhərlərin günləri kimi təntənəli şəkildə qeyd olunacaq:

26 avqust – Laçın Şəhəri Günü;

4 oktyabr – Cəbrayıl Şəhəri Günü;

17 oktyabr – Füzuli Şəhəri Günü;

20 oktyabr – Zəngilan Şəhəri Günü;

25 oktyabr – Qubadlı Şəhəri Günü;

8 noyabr – Şuşa Şəhəri Günü;

20 noyabr – Ağdam Şəhəri Günü;

25 noyabr – Kəlbəcər Şəhəri Günü.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir