İdman

Üçqat İtaliya çempionu karyerasını başa vurdu

Sharing is caring!


“Yuventus” və “Sampdoriya”nın sabiq hücumçusu Fabio Kvalyarella karyerasını başa vurduğunu açıqlayıb.

“Bəli, mən istər-istəməz karyeramı bitirirəm. Bəlkə də klub tapa bildim, amma meydançaya çıxmaq üçün çox pis fiziki vəziyyətdəyəm.

Həmişə arzularım olacaq. Bunlardan biri də futbol dünyasında qalmaq və orada mənə daha yaxın olan rolun nə olduğunu anlamaqdır. Ancaq mənim üçün hansı yolun düzgün olduğunu başa düşmək üçün qarşıda çox vaxtım var”, – deyə o, bildirib.

40 yaşlı futbolçunun son klubu B seriyasında çıxış edən “Sampdoriya” olub.

Karyerası boyunca Kvalyarella A Seriyasında 556 matçda iştirak edib, 182 qol vurub və 53 məhsuldar ötürmə edib.

O, “Yuventus”un heyətində üç dəfə İtaliya çempionu olub və iki dəfə İtaliya Superkubokunu qazanıb.

Mənbə: championat.com

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir