Cəmiyyət

Ötən il Azərbaycanda qeydə alınan abortların sayı açıqlandı

Sharing is caring!


Ötən il Azərbaycanda ümumi abortların sayı 31 747 olub.

“Report”un xəbərinə görə, bu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2022-ci il üzrə məlumatında əksini tapıb.

Qeyd edilib ki, ailələrdə hökm sürən cinsi ayrı-seçkiliklə müşayiət olunan digər problemlərdən biri də uşaqların doğulanadək cins seçiminə məruz qalmasıdır.

“2022-ci il üzrə doğumu qeydə alınmış 122 846 nəfərdən 64 940-ı oğlan, 57 906-sı isə qızdır. Cinslər arasındakı fərq 7 034 nəfərdir. Cins nisbəti hər 100 qıza 112 oğlan təşkil edir. 2022-ci il ərzində ümumi abortların sayı 31 747-dir (ilkin rəqəmdir), 2021-ci ildə bu rəqəm 46 877 olub”, – Dövlət Komitəsinin məlumatında bildirilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir