Siyasət

Keçmiş məcburi köçkün: “Laçına gedən kimi ilk işim ata-anamın məzarlarını ziyarət etmək olacaq”

Sharing is caring!


“Laçına gedən kimi birinci işim atamın, anamın məzarını ziyarət etmək olacaq”.

Bunu Oxu.Az-a açıqlamasında Laçın rayonunun Zabux kənd sakini İlham Şirinov deyib.

O qeyd edib ki, bu günü illərlə gözləyib:

“Doğma yurdumuz, ailə üzvlərimizin məzarları illərdir ki, işğal altında idi. Ali Baş Komandanımızın və müzəffər Ordumuzun sayəsində biz bu gün doğma yurdumuza qayıdırıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin”.

Qeyd edək ki, bu gün Qaradağ rayonu, Lökbatan qəsəbəsində məcburi köçkünlər üçün inşa edilmiş “Qobu Park-3” yaşayış kompleksinin qarşısından daha 25 ailə (103 nəfər) Zabux kəndinə yola salınıb.

Xatırladaq ki, bu günə qədər Zabux kəndinə 46 ailə (188 nəfər) köçürülüb.

Aytac Qasımova

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir