Cəmiyyət

Zabux sakini: “Valideynlərimin arzusu bu gün həyata keçir”

Sharing is caring!


“Laçını görmək atamın, anamın ən böyük arzusu idi”.

Bunu Oxu.Az-a açıqlamasında bu gün Zabux kəndinə köç edən keçmiş məcburi köçkün Səadət Quliyeva deyib.

O bildirib ki, atasının, anasının ən böyük arzusu bu gün həyata keçir:

“Atam, anam vəfat etdilər, bu günləri görə bilmədilər. Amma onların arzuları, xəyalları bu gün həyata keçdi. Bizə qismət oldu bu günləri görmək. Qarabağlılara, laçınlılara bu günü bəxş etdiklərinə görə Ali Baş Komandanımıza, Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin”.

Xatırladaq ki, bu gün daha 25 ailə (103 nəfər) Zabux kəndinə köç edir. Bu günə qədər isə 46 ailə (188 nəfər) Zabux kəndinə köçürülüb.

Aytac Qasımova

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir