MARAQLI

95 min manatlıq “Pikap” alış-verişi baş tutmadı – SƏBƏB

Sharing is caring!

Göygöl Milli Parkının “Dizel mühərrikli pikap tipli nəqiliyyat vasitəsi”nin satın alınması ilə bağlı elan etdiyi tender ləğv edilib.

32gun.az xəbər verir ki, buna səbəb Müvafiq icra hakimiyyəti orqanının qərarıdır. Bu da  DSQ 4.1.2, 38.2, 57.3.z-ci maddələri ilə tənzimlənir. 

Qeyd edək ki, bu ilin noyabr ayında sözügedən tenderə  “SKAZ AUTOHOUSE”  MMC-ni qalib seçmişdi. Tərəflər arasında 95.367,6 AZN-lik müqavilə imzalanması gözlənilirdi.

Bildirək ki, nizamnamə kapitalı 20 AZN olan “SKAZ AUTOHOUSE” MMC-nin qanuni təmsilçisi, baş direktoru Toğrul Paşayevdir.

T.Paşayev 2019-cu ildə “Skoda” avtomobillərinin Azərbaycanda rəsmi distribüteri “SKAZ AUTOHOUSE” MMC-nin baş direktoru təyin olunub. 2020-ci ildən isə Changan brendinin Azərbaycanda rəsmi distribüteri “Azərbaycan Avtomobil Evi” MMC-nin baş direktorudur. 

Xatırladaq ki, Göygöl Milli Parkına  direktor Fuad Quliyevdir. O bu ilin mart ayında   Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev əmri ilə bu vəzifəyə təyin olunub. 

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir