Cəmiyyət

Cəlilabad sakini bədbəxt hadisə nəticəsində həlak olub – FOTO

Sharing is caring!


Cəlilabad rayon sakini Rusiyanın Dağıstan Respublikasında baş verən bədbəxt hadisə nəticəsində həlak olub.

“Report”un Muğan bürosunun məlumatına görə, hadisə Qarabudaqkənd rayonunda qeydə alınıb.

Belə ki, bədbəxt hadisə tikilməkdə olan binaya beton örtüyü tökülən zaman baş verib. Nəticədə Cəlilabad rayonunun Təklə kənd sakini 1997-ci il təvəllüdlü Hilal Həsənov uçqun altında qalaraq həlak olub.

Mərhum doğulduğu Cəlilabad rayonunda dəfn olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir