Dünya

Ukrayna Silahlı Qüvvələri Baxmut istiqamətində irəliləyir

Sharing is caring!


Rusiya qüvvələri son iki gündə Kupyansk istiqamətində fəal şəkildə hücuma keçirlər. Ukrayna ordusu isə Baxmut istiqamətində irəliləyir.

Bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar məlumat verib.

Onun sözlərinə görə, Şərq cəbhəsində vəziyyət bir qədər də gərginləşib.

“Düşmən iki gün ardıcıl olaraq Xarkov vilayətində Kupyanski istiqamətində fəal şəkildə hücuma keçir. Biz müdafiə olunuruq. Şiddətli döyüşlər gedir, tərəflərin mövqeyi gündə bir neçə dəfə dinamik şəkildə dəyişir”, – Malyar bildirib.

O qeyd edib ki, Baxmut ətrafında cənub cinahında irəliləyiş var. Həmçinin, Ukrayna əsgərləri düşmənin hücuma keçməyə çalışdığı şimal cinahında da öz mövqelərini qoruyub saxlayırlar.

Mənbə: rbc.ua

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir