Siyasət

Milli Məclisin sədri: “Hazırda regionda sülh gündəliyi üçün yaxşı imkanlar var”

Sharing is caring!


“Hazırda regionda sülh gündəliyi üçün yaxşı imkanlar var”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova noyabrın 17-də Qırğız Respublikasının paytaxtı Bişkek şəhərində MDB iştirakçısı olan Dövlətlərin Parlamentlərarası Assambleyasının 56-cı plenar iclasında çıxışında bildirib.

O, Azərbaycan Prezidenti İlham Əliyevin dəfələrlə ölkəmizin Ermənistanla münasibətlərin normallaşmasını və sülh müqaviləsinin imzalanmasını dəstəklədiyini ifadə etdiyini xatırladıb.

S.Qafarova diqqətə çatdırıb ki, bu gün Qarabağ bölgəsində erməni işğalından azad edilmiş ərazilərdə Azərbaycan fəal şəkildə genişmiqyaslı bərpa və quruculuq işlərini davam etdirir. “Böyük qayıdış” proqramının icrası çərçivəsində keçmiş məcburi köçkünlər artıq Laçın və Füzuli şəhərlərinə, eləcə də bir sıra kəndlərə qayıdıblar:

“2026-cı ilin sonuna kimi 140 mindən çox insanın Qarabağa və Şərqi Zəngəzura qaytarılması planlaşdırılır”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir