Siyasət

Zəngilanda TDT-nin nəqliyyat nazirlərinin iclası keçirilib

Sharing is caring!


Bu gün Zəngilan şəhərində keçirilən “Beynəlxalq nəqliyyat-logistika dəhlizi: Zəngilandan inkişaf impulsları” mövzusunda beynəlxalq elmi-praktik konfrans çərçivəsində Türk Dövlətləri Təşkilatının (TDT) nəqliyyat nazirlərinin 7-ci iclası keçirilib.

“Report” xəbər verir ki, iclasda TDT-yə üzv ölkələrin nazirləri ilə yanaşı, nazir müavinləri də iştirak ediblər.

Tədbirdə çıxış edən rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev TDT-nin üzv ölkələr arasında əlaqələrin inkişafı baxımından əhəmiyyətinə toxunub. O qeyd edib ki, son illər türk dövlətləri arasında əlaqələr daha da inkişaf edib, ölkələr arasında tranzit keçidlər artıb.

R.Nəbiyev vurğulayıb ki, Orta Dəhlizə maraq getdikcə artır və Zəngəzur dəhlizi Orta Dəhlizin mühüm hissəsi olacaq: “Bunun üçün imkanlar mövcuddur”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir