Dünya

İsrail ordusu “Hizbullah”ın Livandakı hərbi obyektlərinə hücum edib

Sharing is caring!


Livan ərazisindən raket hücumlarına cavab olaraq İsrail Müdafiə Ordusu “Hizbullah”a məxsus bir neçə hərbi obyektə hücum edib.

Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Verilən məlumata görə, çərşənbə günü Livandan İsrailin şimalındakı Şlomi qəsəbəsi istiqamətində tank əleyhinə raket buraxılıb. Buna cavab olaraq İsrail ordusu həmin yerdən “Hizbullah” məntəqəsinə hücum edib.

Bundan əlavə, mətbuat xidməti “Hizbullah”a məxsus müşahidə məntəqələri, buraxılış qurğuları, silah anbarları və terrorçuların infrastruktur obyektlərinə hücumlar barədə məlumat verib.

Mənbə: Gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir