Cəmiyyət

Məktəblilərimizin informatika üzrə beynəlxalq yarışda iki həftədə ikinci böyük uğuru – FOTO

Sharing is caring!


8-14 sentyabr tarixlərində Gürcüstanın Kutaisi şəhərində Yeniyetmələrin Avropa İnformatika Olimpiadası keçirilib. Məktəblilərimiz bu yarışda uğurla çıxış ediblər.

Ümumilikdə 24 Avropa ölkəsindən 96 məktəblinin təmsil olunduğu olimpiadaya dörd azərbaycanlı şagird qatılıb. Onların hamısı yarışı mükafatla başa vurub.

Belə ki, Bakı şəhəri akademik Zərifə Əliyeva adına liseyin 10-cu sinif şagirdi Ayxan Dəmirli gümüş medala, Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 10-cu sinif şagirdləri Raul Cəfərli və Elvin İmanlı bürünc medala, Sumqayıt şəhəri 23 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Nəsir Bəşirov həvəsləndirici mükafata layiq görülüblər.

Qeyd edək ki, 7-ci dəfə təşkil edilən olimpiadada şagirdlərimiz 2017-ci ildən iştirak edirlər. Bu müddət ərzində məktəblilərimiz üç gümüş və altı bürünc medal qazanıblar.

Xatırladaq ki, 28 avqust-4 sentyabr 2023-cü il tarixlərində Macarıstanın Seged şəhərində 35-ci Beynəlxalq İnformatika Olimpiadasında da məktəblilərimiz uğurla çıxış edərək adlarını mükafatçılar siyahısına yazdırıblar. Belə ki, 87 ölkə və 351 məktəblinin qatıldığı yarışı ölkəmizi təmsil edən şagirdlər bir bürünc medal və iki həvəsləndirici mükafatla başa vurublar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir