Siyasət

“Marş irəli” mahnısı belə yaranıb: “Əsgərlər mənə bu şeiri verdilər və dedilər ki…” – VİDEO

Sharing is caring!


Birinci Qarabağ müharibəsi dönəmindən indiyə qədər hər kəsin dillər əzbəri olan “Marş irəli” mahnısı Xocalı faciəsindən sonra bəstələnib.

Oxu.Az xəbər verir ki, bununla bağlı “Marş irəli”nin bəstəkarı, əməkdar incəsənət xadimi Cavanşir Quliyev AzTV-nin efirində xatirəsini danışıb.

O qeyd edib ki, musiqini 1992-ci ildə cəbhə bölgəsinə səfərdən qayıdarkən əsgərlərin ona verdiyi şeirin əsasında bəstələyib.  

“Marş irəli” Xocalı faciəsindən sonra yasa qərq olan xalqın ayağa qalxmaq üçün ən çox dinlədiyi və oxuduğu mahnıya çevrilib.

Xatırladaq ki, mahnının musiqisi Cavanşir Quliyevə, sözləri Əli Kərimə məxsusdur.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir