Cəmiyyət

Masallıda 61 yaşlı qadın qəzada ağır xəsarət alıb

Sharing is caring!


Masallı rayonunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, qəza zamanı minik və yük avtomobilləri toqquşub.

Hadisə nəticəsində minik avtomobilində olan sərnişin, 1962-ci il təvəllüdlü Aidə Məmməd qızı Məmiyeva xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə Bakıda yerləşən xəstəxanaların birinə gətirilib. Müayinə zamanı ona bel fəqərəsinin sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir