Dünya

İsrail döyüş əməliyyatlarını dörd saat müddətinə dayandırıb

Sharing is caring!


İsrail Müdafiə Qüvvələri humanitar məqsədlər üçün Qəzza zolağının cənubunda, Misirlə sərhədə yaxın Rəfah şəhərində döyüş əməliyyatlarını dörd saat müddətinə dayandırıb.

Bu barədə İsrail ordusunun mətbuat katibi Avihay Edri məlumat verib.

“Fasilə” yerli vaxtla 14:00-da (Bakı vaxtı ilə 16:00-da) bitib.

A.Edri, həmçinin bildirib ki, Qəzza zolağının şimal rayonlarının sakinlərinin təxliyəsi üçün yerli vaxtla 9:00-dan açılan humanitar dəhliz 15:00-a kimi (Bakı vaxtı ilə 17:00-dək) fəaliyyət göstərəcək. Marşrut Əş-Şifa xəstəxanasından Salah əd-Din yolu ilə anklavın cənubuna doğru uzanacaq.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir