Siyasət

Komitə sədri: “Son beş ildə büdcənin qeyri-neft gəlirləri 60 faiz artıb”

Sharing is caring!


Son 5 il ərzində Azərbaycanda dövlət büdcəsinin qeyri-neft gəlirləri təqribən 6,3 milyard manat və yaxud 60% artıb.

“Report” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib.

“Neft-qaz sektoru üzrə dövlət büdcəsi gəlirlərinin azalmasının əsas səbəbləri növbəti ilə təbii qazın satış qiymətlərini kəskin düşməsi, neft hasilatında gözlənilən azalma ilə izah edilir. Bu riskləri nəzərə alaraq ölkəmizdə alternativ enerji layihələrinin uğurla icra edilməsi istiqamətində mühüm işlər görülür və əminliklə demək olar ki, Azərbaycan regionun əsas yaşıl enerji ixracatçısına çevrilməkdədir”, – deyə o qeyd edib.

“Qeyri-neft-qaz sektoru üzrə vergi və gömrük orqanlarının vasitəsilə təmin olunan gəlirlərin təqribən 1,1 milyard manat artıq planlaşdırılmasını məqbul hesab edir, buna ölkədə gedən iqtisadiyyatda keyfiyyət dəyişiklikləri, biznes mühitinin şəffaflaşması, dövlət-sahibkar arasında etimad mühitinin artması, həmçinin inflyasiyanın və idxalın artmasının zəmin yaradacağını düşünürük. Ümumiyyətlə, son 5 ildə vergi və gömrük orqanlarının xətti ilə təmin olunan dövlət büdcəsinin qeyri-neft gəlirlərinin 6,3 milyard manat və yaxud 60% artması təqdirəlayiq haldır”, – deyə sədr əlavə edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir