Siyasət

Numan Kurtulmuş Azərbaycan xalqını təbrik edib – FOTO

Sharing is caring!


“İşğal altındakı torpaqlarını qəhrəmancasına azad edən qardaş Azərbaycanın 8 Noyabr – Zəfər Gününü təbrik edirəm”.

Bunu Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş özünün rəsmi “X” sosial media hesabında yazıb.

TBMM sədri Qarabağ Zəfərinin işğal altındakı torpaqları azad etməklə yanaşı, bölgədə arzulanan daimi sülh, sabitlik və əməkdaşlıq ümidlərinin yaranmasına səbəb olduğunu əlavə edib:

“Bu qələbə üçün canlarını fəda edən şəhidlərimizi yad edir, qazilərimizə təşəkkürümüzü bildiririk”.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir