İdman

Türkiyədə qadın futbolçunun kişi olduğu iddia edildi – FOTO

Sharing is caring!


“Turkcell” Qadınlar Futbol Super Liqasında 16-cı turun oyunları çərçəivəsində “ALG Spor” “Beşiktaş United Payment”i 2-1 hesabı ilə məğlub edib.

“Qara qartallar”ın rəsmisi matçdan sonra şok iddia ilə çıxış edib.

“Beşiktaş”ın İdarə Heyətinin üzvü Fırat Fidan Qaziantep komandası “ALG Spor”da çıxış edən anqolalı futbolçu Patrisia Minqas Afonso Setekonun əslində kişi olduğunu söyləyib.

“Futbolçunun kimliyini rəsmən dəyişdilər. Kişini qadın kimi oynatdılar. Ayıbdır, ayıb!”, – deyə o bəyan edib.

Qeyd edək ki, Seteko oyunun 88-ci dəqiqəsində “ALG Spor”un qalibiyyət qolunu vurub.

“Beşiktaş” klubu qadın futbol komandalarının icraçı direktoru Həsən Sarıgül də məsələ ilə bağlı açıqlama verib.

“Kişi və ya qadın olduğunu dəqiq deyə bilmərik. Oyunçunun davranışından şübhələndik. Bundan sonra biz də araşdırma apardıq. İnternetə girib “Facebook” səhifəsini tapdıq və onun kişi olduğu ortaya çıxdı. Türkiyə Futbol Federasiyasına müraciət edib məsələnin araşdırılmasını tələb edəcəyik”, – deyə o bildirib.

Qeyd edək ki, 10 noyabr 2023-cü ildə “ALG Spor”dan lisenziya alan Seteko liqada yeddi oyun keçirib və beş qol vurub.

Mənbə: Habertürk

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir