Cəmiyyət

Rusiya səfirliyi Bakıda sexdəki yanğında ölənlərlə bağlı başsağlığı verib

Sharing is caring!


Rusiyanın Azərbaycandakı səfirliyi Bakıda mebel sexində baş verən yanğın nəticəsində insanların həlak olması ilə bağlı başsağlığı verib.

Oxu.Az xəbər verir ki, bu barədə müvafiq paylaşım səfirliyin sosial şəbəkələrdəki səhifəsində yerləşdirilib.

“Bakıda mebel sexində insan tələfatı ilə nəticələnən partlayış xəbəri bizi kədərləndirdi. Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını arzulayırıq”, – paylaşımda qeyd edilib.

Xatırladaq ki, Bakıda mebel sexində baş verən partlayış və yanğın nəticəsində yeddi nəfər ölüb, 24 nəfər yaralanıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir