Siyasət

“Dendrologiya Bağı” ilə Belarus Baş Botanika bağı arasında əməkdaşlıq Memorandumu imzalanıb

Sharing is caring!


Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Dendrologiya Bağı” publik hüquqi şəxs təsdiq edilmiş Nizamnaməsinə uyğun olaraq Azərbaycan Respublikasının dövlət və yerli özünüidarəetmə orqanları, eləcə də xarici ölkələrin aidiyyatı dövlət qurumları ilə beynəlxalq təcrübənin tətbiqi imkanlarının araşdırılması, birgə tədqiqatların aparılması məqsədilə çalışmalar həyata keçirir.

“Report” xəbər verir ki, son illərdə Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında siyasi, iqtisadi və mədəni sahələrdə məhsuldar əməkdaşlığı nəzərə alan Dendrologiya Bağı Belarus Milli Elmlər Akademiyasının Baş Botanika Bağı ilə biomüxtəlifliyin artırılması, bəzək-bağçılıq və landşaft memarlığı, ekologiya və ətraf mühitin mühafizəsi kimi sahələrdə əlaqələri genişləndirir.

Bu məqsədlə Belarus MEA Baş Botanika Bağı və “Dendrologiya Bağı” publik hüquqi şəxs arasında dünya florasının mühafizəsi problemlərinin həllinin innovativ üsullarla öyrənilməsi məqsədilə əməkdaşlıq memorandumu imzalanıb.

Əməkdaşlıq memorandumunun imzalanması məqsədilə 1-3 noyabr 2023-cü il tarixlərində “Dendrologiya Bağı” publik hüquqi şəxsin idarə heyətinin təmsilçisi biologiya üzrə fəlsəfə doktoru, dosent Samirə Bağırovanın rəhbərlik etdiyi qrup Belarus Milli Elmlər Akademiyasının Baş Botanika Bağının rəhbərliyinin dəvəti ilə Belarus Respublikasının Minsk şəhərinə ezam olunublar.

İki bağ arasında imzalanan bu müqavilə qarşılıqlı əməkdaşlığın, mobilliyin və dostluq münasibətlərinin genişləndirilməsinə şərait yaradacaq.

Dendrologiya Bağının təmsilçiləri Belarus MEA Baş Botanika Bağının kollektivi tərəfindən qonaqpərvərliklə qarşılanıb, 96 hektarlıq bağın ərazisi, kolleksiya fondu, istixanaları, laboratoriyaları, biotexnoloji tədqiqatları ilə tanış olublar.

Son zamanlarda qlobal iqlim dəyişikliyi, ekoloji problemlərlə bağlı qarşlıqlı elmi diskussiyalar aparılmış və gələcəkdə təşkil olunacaq ikitərəfli əmədaşlıqdan danışılıb. Həmçinin, Belarus Baş Botanika Bağı heyətinə Dendrologiya Bağının strukturu, müasir avadanlıqları və bağ ərazisində növ müxtəlifliyi haqqında məlumatlar verilib.

Bağın direktoru Fyodor Privalov səfəri yüksək qiymətləndirib, münasibətlərin möhkəmləndirilməsi və gələcəkdə belə görüşlərin daha tez-tez təşkil edilməsi barəsində razılıq əldə olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir