Cəmiyyət

Balakəndə sürücü sükan arxasında ölüb

Sharing is caring!


Balakəndə sürücü sükan arxasında dünyasını dəyişib.

APA-nın məlumatına görə, hadisə axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhədi avtomobil yolunda, Balakən rayonunun Katex kəndi ərazisində baş verib.

1963-cü il təvəllüdlü Vlazim Cahangir oğlu Nəsibov avtomobil idarə edərkən səhhəti qəflətən pisləşib. Sürücü avtomobilin idarəetməsini saxlayaraq sükan arxasından yerə yıxılıb.

V.Nəsibov orada dünyasını dəyişib. Meyit müayinə edilmək üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Balakən rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir