İdman

Minifutbol üzrə Azərbaycan millisinin üzvü: “Bolqarıstan digər rəqiblərimizdən güclüdür”

Sharing is caring!


“İndiyədək üz-üzə gəldiyimiz rəqiblər arasında Bolqarıstan daha gülcü və nizam-intizamlı komandadır”.

Bunu “Report”a açıqlamasında minifutbol üzrə Azərbaycan millisinin üzvü Vüsal İsayev Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan dünya çempionatının 1/4 final oyunu ilə bağlı danışarkən deyib.

O, bu kollektivin matçını izlədiklərini söyləyib: “Bəlkə də dünya çempionatında ən güclü və ciddi rəqiblə qarşılaşacağıq. Bizi çətin və ağır oyun gözləyir”.

İsayev 1/8 finalda Portuqaliyaya 3:0 hesabı ilə qalib gəldikləri qarşılaşmaya da toxunub:

“Minifutbolda bir səhv baha başa gəlir. Meydana istəkli çıxan komandanın şansı isə daha çox olur. Biz də rəqibdən daha istəkli idik. Turnirdə ən yaxşı oyunlarımızdan birini keçirdik və nəticədə qələbə qazandıq. Hesabın bu cür olacağını gözləmirdik, minimalhesablı qalibiyyətə də razı idik. İlk qoldan sonra rəqibin nizam-intizamı pozuldu, biz də bundan istifadə etdik”.

Qeyd edək ki, Azərbaycan – Bolqarıstan görüşü bu gün, Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir