Siyasət

Fransalı tarixçi: “Kanadanın dövlət idarəçiliyində çatışmazlıqlar var”

Sharing is caring!


Problemin böyük bir hissəsi Kanadada dövlət idarəçiliyindəki çatışmazlıqlarla bağlıdır”.

Bunu “Report”a açıqlamasında ADA Universitetinin müəllimi, fransalı tarixçi, politoloq Maksim Quen Kanadanın xarici işlər naziri Melani Jolinin Ermənistana səfəri çərçivəsində Azərbaycana qarşı səsləndirdiyi əsassız ittihamlara münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Kanada xüsusilə problemli ölkədir:

“Xatırlayarsınız ki, 2020-ci ildə 44 günlük müharibə dövründə də “Bayraktar TB2” üçün kameraların ixracını dayandırmışdı. Bununla müqayisədə Makron administrasiyası Azərbaycana satılan hərbi materialların müqavilələrini ləğv etməkdən imtina etmiş və 2021-ci ildə yenisini imzalamışdı”.

Tarixçi Kanadada azərbaycanlı immiqrantların aktiv olmasından da söz açıb:

“Kanadada azərbaycanlı immiqrantlar aktivdir və güclü Ukrayna diasporu ilə bağlıdır. Türk təşkilatları İsveçrədən daha az, Fransadakından isə daha çox fəaldırlar. Oradakı erməni diasporunun gücünün isə ABŞ-dəki güclə heç bir əlaqəsi yoxdur. Ona görə də belə bir nəticəyə gəlmək düzgün olar ki, problemin böyük bir hissəsi dövlət idarəçiliyindəki çatışmazlıqlarla bağlıdır”.

M.Quen vurğulayıb ki, türk təşkilatları daha çox şey edə bilər və etməlidirlər:

“Lakin bunu edərkən həmsöhbətlərinin vəziyyəti çox zəif başa düşdüyünü bilməlidirlər”.

Politoloq qeyd edib ki, Kanada XİN başçısının bəyanatı erməni müxalifətini və erməni diasporunun ekstremistlərini sülh müqaviləsinə qarşı mübarizəyə ruhlandırır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir