Siyasət

Britaniyalı politoloq: “Aİ-nin anti-Azərbaycan bəyanatları erməni diasporunun səylərinin nəticəsidir”

Sharing is caring!


“Avropa İttifaqının (Aİ) Azərbaycana qarşı ayrı-seçkiliyi Qarabağ regionunun bir zamanlar Ermənistanın işğalı altında qalması ilə bağlı məsələni və bunun tarixini dərk etməməsi ilə bağlıdır”.

Bunu “Report”a açıqlamasında britaniyalı politoloq və jurnalist Nil Vatson deyib.

Politoloqun fikrincə, Avropa Şurası Nazirlər Komitəsinin və Aİ nümayəndə heyətinin oktyabrın 18-də verdiyi bəyanata erməni lobbisi və onların guya tarix boyu “özlərini qurban verən” ermənilərlə bağlı mifləri güclü təsir edib:

“Erməni diasporu bu mənada Aİ-də böyük uğur qazanıb və onun yalan bəyanatlarına istinad olunur. Odur ki, Ermənistan tərəfindən azərbaycanlıların hüquqlarının pozulduğunu, onların mədəni irsinin dağıdıldığını göstərmək üçün Qərb siyasətçiləri və media nümayəndələrinin Azərbaycanın azad edilmiş ərazilərinə daha da çox səfərlər təşkil etmək lazımdır. Bu, onlara nəinki dağıntıları gözləri ilə görməyə imkan yaradacaq, həm də Azərbaycanın Qarabağ bölgəsinin və ona bitişik 7 rayonun Ermənistan tərəfindən işğalının tarixini daha yaxşı anlamağa kömək edəcək”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir