Cəmiyyət

Ölkədə səkkiz ayda doğulan əkiz, üçəm və dördəmlərin sayı AÇIQLANDI

Sharing is caring!

Azərbaycanda yanvar-avqust aylarında 2 310 əkiz, 105 üçəm, dörd dördəm doğulub.

Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında qeyd edilib.

Məlumata görə, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-avqust ayları ərzində 83 010 doğulan körpə qeydə alınıb.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1 000 nəfərinə bu göstərici 11,0-dan 12,4-ə qədər artıb.

Doğulan uşaqlar arasında oğlanların xüsusi çəkisi 52,9 faiz, qızların xüsusi çəkisi isə 47,1 faiz olub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir