Siyasət

Lavrov: “Azərbaycanla Ermənistan arasında münaqişə böyük ölçüdə həll olunub”

Sharing is caring!


“Azərbaycan və Ermənistan arasında münaqişə böyük ölçüdə həll olunub, tərəflər üçün gələcək praktiki addımlar qalır”.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Tehranda “3+3” formatında keçirilən xarici işlər nazirlərinin görüşündən sonra bildirib.

Lavrov bəyan edib ki, Rusiya Azərbaycanla Ermənistan arasında delimitasiya prosesinin başlanmasına faktiki yardım etməyə hazırdır.

“Münaqişə əsasən həll olunub. Hər iki tərəf Qarabağın Azərbaycana məxsus olması barədə razılığa gəliblər. İndi münasibətlərin tam normallaşması, ilk növbədə sülh sazişinin hazırlanması üçün əlbəttə ki, əməli addımlar qalır. Bütün ekspertlər yaxşı bilirlər ki, Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası ilə bağlı müzakirə və razılıq əldə etmək üçün lazım olan hər şey, o cümlədən, ilk növbədə, sovet dövründən qalan xəritələr Rusiya Federasiyasındadır. Tərəfdaşlar bunu başa düşürlər. Biz çalışmırıq ki, bundan böyük problem yaradaq. Qoy onlar istəyirlərsə, Brüsseldə şanslarını sınasınlar, lakin biz real delimitasiyaya başlamaqda həqiqətən kömək etməyə həmişə hazırıq”, – Rusiya diplomatik xidmətinin rəhbəri bildirib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir