Dünya

İran universitetləri hicabsız qadınlara təhsil verməkdən imtina etdilər

Sharing is caring!


“İran universitetləri hicab taxmaq qaydalarına əməl etməyən qadınlara təhsil verməkdən imtina edəcək”.

Bu barədə İran Təhsil və Tərbiyə Nazirliyi məlumat yayıb.

“Tələbəlik öhdəliklərinə biganə qalmayan, eləcə də iffət prinsiplərinə və hicab geyinmə qaydalarına əməl edən əziz tələbələrə təşəkkür edirik”, – deyə məlumatda qeyd edilib.

Bildirilib ki, nazirliyin tabeliyində olan bütün ali təhsil qurumları İslam geyim qaydalarına əməl etməyən tələbə qızlara təhsil xidmətləri göstərmək və sosial təminat vermək öhdəliyindən azad ediliblər.

Mənbə: Lenta.ru 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir