Siyasət

Rusiya XİN rəhbərinin müavini azərbaycanlı həmkarı ilə məsləhətləşmələr aparıb

Sharing is caring!


Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin azərbaycanlı həmkarı Samir Şərifovla Bakıda məsləhətləşmələr aparıb, ölkələr arasında əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Rusiya ilə Azərbaycan arasında 22 fevral 2022-ci il tarixli Müttəfiq əməkdaşlıq haqqında Bəyannamənin müddəalarına uyğun olaraq siyasi dialoqun daha da dərinləşdirilməsi, ticarət-iqtisadi, mədəni-humanitar və regionlararası əməkdaşlığın artırılması imkanları nəzərdən keçirilib”, – məlumatda deyilir.

Yüksək rütbəli diplomatlar həmçinin Moskva və Bakı arasında münasibətlərin perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir