Siyasət

Qərbi Azərbaycan Xronikası: “Ermənilər bilir ki, gec-tez bu evin sahibi, bu torpağın yiyəsi gələcək” – VİDEO

Sharing is caring!


Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı efirə gedib.

“Babalarımızın ruhları ermənilərin orada yaşamasına imkan verməyəcək” adlı veriliş Qərbi Azərbaycanın Göyçə mahalının Çəmbərək rayonunun Toxluca kənd sakini Müzahim İsgəndərovun həyat hekayəsinə həsr olunub.

O, doğulub boya-başa çatdığı kəndin həyatından, uşaqlıq və məktəb illərindən danışıb, gənc vaxtlarında əsas gününün Göyçə gölünün sahilində keçdiyini bildirib:

“Bizdə gəzməli yerlər, bulaqlar da çox idi. Uşaq vaxtı o bulaqların başına çox gedərdik. Dağlarda, bulaqlarda gəzərdik. Uşaq vaxtı kartof yığımına gedərdik. Bu bizim üçün çox maraqlı olardı. Bizim hər tərəf dağlıq ərazidir. Uşaq vaxtı kinoya gedər, məktəbin emalatxanasında əl arabaları, maşınlar düzəldər, “Ənzəli”, “Kəmər döyüşü”, “Gizlən qaç” oynayardıq”.

M.İsgəndərov deportasiya illərindən də söz açıb, 1988-ci ildə Göyçənin Şorca kəndində böyük bir mitinq keçirdərək Göyçə mahalına muxtariyyat tələb etdiklərini deyib:

“Biz Qarabağ Azərbaycan torpağıdır!” çüarını qaldırmışdıq. Bundan sonra ermənilər daha da qorxuya düşdü və başladılar azərbaycanlı kəndləri sıxışdırıb çıxarmağa. Təbii ki, biz öz torpaqlarımızdan çıxmaq istəmirdik. Rus hərbiçiləri var idi, onları göndərdilər. Rus hərbiçiləri dedilər ki, sizə 10 gün vaxt veririk. Çıxmasanız biz sizi qoruya bilməyəycəyik. Çıxmalısınız. Yavaş-yavaş da camaat çıxırdı, biz də məcbur olduq öz ata-baba yurdumuzu tərk etdik”.  

Onun sözlərinə görə, 35 ildir Bakı şəhərində yaşamaqlarına baxmayaraq,  yenə də yuxuda kəndlərini görür: “Biz orada böyümüşük, boya-başa çatmışıq, o evləri öz əlimizlə tikmişik. Ora bizim ata-baba yurdumuzdur. Qəbirlərimiz oradadır. Bizim bügünkü məqsədimiz torpaqlarımıza, dədə-baba yurdlarımıza qayıtmaqdır.

Ermənilər heç vaxt Qərbi Azərbaycanda yaşamayıb. Qərbi Azərbaycan bizim üçün doğmadır. İnşallah, biz gedib elimizi, obamızı ziyarət edəcəyik, orada yaşayıb yenə quracağıq. Ora bizim  daimi Vətənimizdir.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı Baku TV-nin süjetində:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir