İdman

“Neftçi” ilə oyunöncəsi “Turan Tovuz”da fantastik mükafat vədi

Sharing is caring!


Bu gün Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşəcək.

Oxu.Az xəbər verir ki, yarımfinalın cavab oyununda “Neftçi” “Turan Tovuz”u qəbul edəcək. İlk görüşdə 1:0 hesablı qələbə qazanan Tovuz klubuna səfərdə heç-heçə də kifayət edir.

Qərb təmsilçisi üçün matçın əhəmiyyəti olduqca böyükdür. “Turan Tovuz” azarkeşlərinin qonaq komanda üçün nəzərdə tutulan tribunanı tamamilə dolduracağı gözlənilir. Klub rəhbərliyi də fanatlara müraciət edərək, onları stadionlara səsləyib.

Oyun öncəsi redaksiyamıza daha bir maraqlı məlumat daxil olub. Etibarlı mənbələrdən bildirilib ki, “Turan Tovuz” rəhbərliyi finala vəsiqə müqabilində komandaya böyük məbləğdə mükafat vəd edib. Əgər tapşırıq yerinə yetirilsə, hər futbolçu 10 min manat mükafat alacaq. Bu, Azərbaycan futbolu üçün olduqca yüksək məbləğdir.

“Bakcell Arena”da keçiriləcək qarşılaşma saat 20:00-da start götürəcək.

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir