Siyasət

TÜRKSOY-un baş katibi İlham Əliyevi təbrik edib

Sharing is caring!


TÜRKSOY-un Baş katibi Sultan Raev Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Bu barədə President.az xəbər verir.

Məktubda deyilir:

“Hörmətli cənab Prezident!

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un Baş katibliyi, üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurası adından və şəxsən öz adımdan Zati-alinizi və qardaş Azərbaycan xalqını 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə ürəkdən təbrik edirəm.

Ulu öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin qorunub-saxlanılması və möhkəmləndirilməsi istiqamətində yorulmaz səyləri bu gün onun layiqli davamçısı olaraq Zati-aliniz tərəfindən uğurla davam etdirilir. Sizin müəyyənləşdirdiyiniz uğurlu inkişaf strategiyası nəticəsində Azərbaycan siyasi, iqtisadi, sosial və mədəni sahələrdə böyük tərəqqi və inkişafa nail olmuşdur.

Zati-alinizin rəhbərliyi ilə dövlət müstəqilliyinin bərpasının 32-ci ildönümünün qeyd olunduğu bu il Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi tam bərpa edilib. Bu gün Azərbaycanın üçrəngli Dövlət Bayrağı ölkənin bütün şəhər və rayonlarında qürurla dalğalanır.

TÜRKSOY-un yaradılmasının 30-cu ildönümü münasibətilə Bakıda keçirilən təntənəli mərasimə ünvanladığınız təbrik məktubu bizi daha da ruhlandırıb və ortaq türk mirasının qorunması, təbliği ilə bağlı gerçəkləşdirəcəyimiz irimiqyaslı layihələrdə Azərbaycanın gələcəkdə də TÜRKSOY-a geniş dəstək verəcəyinə əminliyimizi artırıb.

Fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Azərbaycan xalqına sülh, tərəqqi və əmin-amanlıq arzulayıram”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir