Siyasət

SOCAR-ın vitse-prezidentləri Çilov adasına səfər ediblər – FOTO

Sharing is caring!


Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidentlərinin iştirakı ilə nümayəndə heyəti Çilov adasına səfər edib.

SOCAR-dan verilən məlumata görə, nümayəndə heyəti öncə “28 May” Neft və Qaz Çıxarma İdarəsinin (NQÇİ) inzibati binasında xalqımızın ümummilli lideri Heydər Əliyevin büstünü ziyarət edib, önünə gül dəstələri düzüb.

Daha sonra nümayəndə heyətinə “28 May” NQÇİ-nin fəaliyyəti, idarədə yaradılan şərait barədə ətraflı məlumat verilib.

Səfər çərçivəsində nümayəndə heyəti Vətən uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin, eləcə də 1997-ci ildə helikopter qəzasında və 2015-ci ildə 10 saylı Dərin Dəniz Özülündə yanğın zamanı həlak olan neftçilərin xatirəsinə ucaldılmış abidə komplekslərini ziyarət ediblər.

Daha sonra NQÇİ-nin ərazisində inşa olunmuş 10 saylı yataqxananın açılışında iştirak edərək yaradılan şəraitlə yaxından tanış olublar. Nümayəndə heyəti burada “28 May” NQÇİ-də çalışan neftçilərlə söhbət edib, onları maraqlandıran sualları cavablandırıb.

Sonda SOCAR nümayəndələrinin NQÇİ-də çalışan şəhid ailələrinin üzvləri və qazilərlə görüşü olub.

Görüşdə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik sərkərdəliyi ilə rəşadətli Ordumuzun şücaəti nəticəsində xalqımızın 30 illik həsrətinə son qoyulduğu, ölkəmizin ərazi bütövlüyünün, dövlət suverenliyinin tam bərpa olunduğu qeyd olunub, şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir