Siyasət

Naxçıvanda yüksək vəzifəyə YENİ TƏYİNAT

Sharing is caring!


Naxçıvan Muxtar Respublikası təhsil nazirinə müavin təyin edilib.

Oxu.Az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müavini Anar İbrahimov oktyabrın 16-da Elxan Nəcəfovun Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini təyin edilməsi haqqında Sərəncam imzalayıb.

Elxan Nəcəfov həm də Naxçıvan Muxtar Respublikasının təhsil nazirinin səlahiyyətlərini müvəqqəti icra edəcək.

Qeyd edək ki, 1982-ci ildə Babək rayonunun Nehrəm kəndində anadan olan Elxan Tarqulu oğlu Nəcəfov bu təyinatadək Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri vəzifəsində çalışıb. O, bu gün kollektivə təqdim edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir