Dünya

“Google”da mətn təsviri əsasında şəkil yaratmaq, fotonu redaktə etmək mümkün olacaq – VİDEO

Sharing is caring!


“Google” öz axtarış sistemində yeni üslubda şəkil yaratma imkanlarını təqdim edib.

Artıq bundan sonra “Google”da mətn təsvirləri əsasında şəkillər yaratmaq mümkün olacaq.

Belə ki, istifadəçilər “Google” axtarış sətrinə tapmaq istədikləri fotonun təsvirini yazılı formada daxil edəcəklər və sistem bir neçə ən yaxşı təsvirin variantını təklif edəcək.

Yaradılmış təsviri mətnə edilən müxtəlif dəyişikliklərlə redaktə etmək də mümkündür.

Qeyd olunur ki, bu funksiya hələlik yalnız ABŞ-də işləyir, daha sonra digər ölkələrdə olan istifadəçilər də ondan yararlana biləcəklər.

Mənbə: Gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir