Siyasət

Ukraynanın nüfuzlu KİV-ləri Prezident İlham Əliyevin Xankəndiyə səfərini geniş işıqlandırıb

Sharing is caring!


Ukraynanın nüfuzlu KİV-ləri Azərbaycan Prezidenti İlham Əliyevin Xankəndiyə səfəri və orada Dövlət Bayrağımızı ucaltması ilə bağlı xəbərlərə geniş yer ayırıb.

AZƏRTAC xəbər verir ki, “Ukrinform”, “RBK-Ukrayna”, “Azadlıq” Radiosunun Ukrayna Redaksiyası, “TSN”, “24Kanal”, “DeutscheWelle”nin Ukrayna Redaksiyası, “Gazeta”, “Korrespondent”, “NV”, “Podrobnosti”, “Yevropeyskaya Pravda”, “Ukraynskaya Pravda”, “Fakti”, “Slovom i Dilo” və digər informasiya agentliklərində, xəbər portallarında Ukrayna, rus və ingilis dillərində dərc edilən məqalələrdə Prezident İlham Əliyevin Xankəndi şəhərində Azərbaycanın Dövlət Bayrağını ucaltdığı xüsusi qeyd edilib.

Həmçinin bildirilib ki, Prezident İlham Əliyev Qarabağın digər yaşayış məntəqələrində, o cümlədən Ağdərə, Xocalı, Kərkicahan və Malıbəylidə olub, Azərbaycanın üçrəngli Dövlət Bayrağını ucaldıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir