Siyasət

Ersin Tatar: “Azərbaycanla yanaşı, digər türk dövlətləri ilə də münasibətlərin qurulması bizim də haqqımızdır”

Sharing is caring!


“Önümüzdəki illərdə Azərbaycanla yanaşı, digər türk dövlətləri ilə də münasibətlərin qurulması və inkişaf etdirilməsi bizim də haqqımızdır”.

“Report”un xəbərinə görə, bunu Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar ADA Universitetində tələbələrlə görüşdə çıxışı zamanı deyib.

Prezident Şimali Kiprin tarixi barədə danışarkən bildirib ki, bu ölkənin zəngin tarixi, mədəniyyəti ilə tanış olmaq üçün istər uzaq Amerikadan, istərsə də Afrikadan və bir sıra başqa ölkələrdən turistlər oraya səfərlər edirlər:

“Şimali Kipr çətin coğrafiyada yerləşən, qədim tarixi olan, ağır müharibələrdən keçmiş və bu gün də mübarizəsini davam etdirən bir adadır”.

Onun sözlərinə görə, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk öndərliyində türk ordusu istiqlal savaşında Şimali Kiprdə azadlıq mübarizəsi apararkən bir çox şəhidlər verib:

“Bizim Türkiyə ilə qırılmaz bağlarımız var. Bu gün Şimali Kiprin mövcudluğuna zamin olan ölkə də Türkiyədir”.

“Yunan Kiprinin müstəqilliyi tanınıb və buradakı yunan vətəndaşlar heç bir sanksiyalara məruz qoyulmurlar. Lakin bunun əksinə, Şimali Kiprdə məzlum türk xalqı illərdir sanksiyalara məruz qoyulur. Burada da qlobal arenada ikili standartlara məruz qalan, sadəcə, kiprli türklərdir”, – prezident xatırladıb.

E.Tatar vurğulayıb ki, Azərbaycanla eyni millətin övladları olaraq onların taleyi, kədəri və sevinci birdir:

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycan Prezidenti İlham Əliyevin qardaşlığı xalqlarımızı bir-birinə daha da sıx bağlayır. Ana vətənimiz Türkiyənin dəstəyi ilə Türk Dövlətləri Təşkilatına müşahidəçi üzv seçilmişik. Qardaş Azərbaycanın da dəstəyi ilə bundan sonra regionda siyasi münasibətlərimizin daha da genişlənəcəyinə, siyasi, iqtisadi, sosial, mədəni və bir sıra sahələrdə iş birliklərinin daha da inkişaf etdiriləcəyinə inancımız tamdır. Önümüzdəki illərdə Azərbaycanla yanaşı, digər türk dövlətləri ilə də münasibətlərin qurulması və inkişaf etdirilməsi bizim də haqqımızdır”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir