Dünya

Nazir: “Türk dövlətləri arasında notariat sənədlərinin əldə olunmasının asanlaşdırılması məsələsinə baxılacaq”

Sharing is caring!


“Azərbaycan coğrafi baxımdan və qəlbən Türkiyəyə ən yaxın türk dövlətidir. İki ölkənin qardaşlıq modelini digər türk dövlətlərində də genişləndirmək türk dünyasına böyük fayda gətirəcək. Türk dünyası qardaşlığını hüquq və başqa sahələrdə də geniş tətbiq etməyə çalışacağıq”.

Bunu “Report”un Ankara bürosuna açıqlamasında Türkiyənin ədliyyə naziri Yılmaz Tunç bildirib.

Nazir bu yaxınlarda Azərbaycan, Özbəkistan, Qazaxıstan və Qırğızıstan ədliyyə nazirlərinin iştirakı ilə Ankarada Türk Dünyası Notariat Birliyinin yaradılmasını da dəyərləndirib:

“Yeni yaradılan birlik türk dünyasının hüquq və ədliyyə sahəsinin inkişafına, türk dövlətləri arasında notariat seqmentində təcrübələri paylaşmağa, qurumlar arasında işbirliyini inkişaf etdirməyə mühüm töhfə verəcək. Ölkələrimiz arasında notariat işlərinin sürətlə həyata keçirilməsi üçün, bir notariat sənədinin digər türk ölkələrinin notariat qurumlarından da əldə olunması məsələsinə baxılacaq. Biz qardaş ölkələrik. Yəni biz bu qardaşlığı hüquq və digər başqa sahələrdə də tətbiq etməliyik. Bu baxımdan da Türk Dünyası Notariat Birliyinin qurulmasını çox mühüm əhəmiyyətli addım kimi dəyərləndirirəm”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir