İdman

Estonlarla yubiley oyunu: Millimiz 25 illik həsrətə son qoya biləcəkmi?

Sharing is caring!


Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsində bu gün Estoniyanın qonağı olacaq.

Oxu.Az xəbər verir ki, tərəflər indiyə qədər doqquz dəfə üz-üzə gəliblər. Bunların yeddisi yoldaşlıq matçı, biri Avropa çempionatının seçmə mərhələ görüşü, biri isə beynəlxalq turnir çərçivəsində keçirilən qarşılaşma olub. Azərbaycan yığması yubiley dueli ərəfəsində bu rəqiblə oyunlarda cəmi bir qələbə qazanıb. Üç dəfə uduzan komanda dörd dəfə heç-heçə edib.

Yeganə qələbə 1998-ci ildə əldə edilib. 25 il əvvəl baş tutan yoldaşlıq görüşündə millimiz 2:1 hesabı ilə qalib gəlib.

Komandalar arasında bu seçmə mərhələdə keçirilən son oyun isə qollu bərabərliklə başa çatıb – 1:1.

Azərbaycan və Estoniya millilərinin oyunları:

15.02.1996, Yoldaşlıq oyunu: Estoniya – Azərbaycan – 0:0

01.03.1997, Yoldaşlıq oyunu: Estoniya – Azərbaycan – 2:0

04.06.1997, Yoldaşlıq oyunu: Estoniya – Azərbaycan – 1:0

16.05.1998, Beynəlxalq turnir: Estoniya – Azərbaycan – 0:0

28.11.1998, Yoldaşlıq oyunu: Azərbaycan – Estoniya – 2:1

06.03.1999, Yoldaşlıq oyunu: Azərbaycan – Estoniya – 2:2

03.07.2002, Yoldaşlıq oyunu: Estoniya – Azərbaycan – 0:0

15.11.2013, Yoldaşlıq oyunu: Estoniya – Azərbaycan – 2:1

17.06.2023, Avropa çempionatının seçmə mərhələ oyunu: Azərbaycan – Estoniya – 1:1.

Qeyd edək ki, bu gün Tallində keçiriləcək Estoniya – Azərbaycan matçı Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir