Siyasət

“Avropa Bakıdakı Beynəlxalq Astronavtika Konqresinə baxıb, XI yox, XXI əsrdə yaşadığımızı xatırlamadı?” – ŞƏRH

Sharing is caring!


“Avropa Parlamentindəkilərin davranışlarından belə bir təəssürat yaranır ki, qərbdə yeni papa Urban peyda olub, yaxud da elə Fransa prezidenti özü papa Urbandır. Bunun hər ikisi mümkündür, amma min il bundan öncənin standartları ilə çıxış edənlərin Qarabağı Edessaya, yaxud da XII-XIII əsrlərdə Yaxın Şərqdə yaratdıqları digər üç knyazlığa çevirmələri mümkünsüzdür, belə bir planları varsa, fiaskoya uğrayacaqlar”.

Bu fikirləri Oxu.Az-a Avropa Parlamentinin Azərbaycana qarşı qərəzli qətnaməsi haqqında danışarkən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Sahib Alıyev deyib. O qeyd edib ki, Avropanın əlində bizə qarşı faydalana biləcəyi heç bir kartları yoxdur:

“Baxın, deyirlər ki, qaçqınlar öz yurdlarına dönməlidir. Əlbəttə, qaçqınlar qayıtmalıdır və onlar, içi mən qarışıq, indi Ermənistan adlanan yerdə etnik təmizləmə ilə üzləşənlərdir. Qarabağdakı ermənidillilər nə qaçqındırlar, nə də məcburi köçkün.

Demək olar ki, hamısı Ermənistan pasportu daşıyan və Azərbaycanda qalıb, vətəndaşlarımız olaraq yaşamaq təklifinə rəğmən öz istəkləri ilə Qarabağı tərk edənləri necə qaçqın, yaxud da məcburi köçkün adlandırmaq olar? Onların yaşadıqları yerləri diktə altında tərk etdikləri sirr deyil. Amma bu, Azərbaycanın yox, belə bir addım atacaqları halda kosovolular kimi öz qanadları altına geri qaytaracaqlarını vəd edənlərin diktəsi olub. Biz sovet dönəmində Qarabağda yaşamış ermənidillilərin və onların törəmələrinin gəlib, Azərbaycan vətəndaşlığı daşımalarının əleyhinə deyilik. Amma necə gediblərsə, özləri eləcə də dönməlidirlər, yanlarında yandaşa ehtiyac yoxdur və elələri Paris meri kimi  torpaqlarımıza buraxılmayacaqlar”.

Deputat Avropa Parlamentinə müraciətdə bir sual ünvanlayıb: “Parlamentdəkilər heç olmasa, Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresinə baxıb anlamadılar ki, biz  XI deyil, XXI əsrdə yaşayırıq?”

“Özlərini din təəssübkeşi kimi göstərənlər, siz axı Vatikandakı dağılan katakombaların bərpasına bir qəpik belə ayırmaq istəmirdiniz. Bunu Anqlikan Kilsəsinin Bakıda səfərdə olan rəhbəri arxiyepiskop Castin Velbinin də vurğuladığı kimi Azərbaycan etdi.

Sevrdəkindən cəmi 3 il sonra Lozanna anlaşmasının necə meydana çıxdığından ibrət götürməyən qonşularımız dərk etməlidirlər ki, oyun bitib, regionun gələcəyi Qranadada, yaxud da Brüsseldə yox, burada müəyyənləşir. Məhz dünən Xocalıda bayrağımızın qaldırılması da onun növbəti təsdiqidir”, – deyə deputat əlavə edib.

Aysel Aslan

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir